Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2042 yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 470 min 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 min 717 nəfər müalicə olunaraq sağalıb, 6 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 min 988 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 666, bu günə qədər isə ümumilikdə 4 milyon 731 min 381 test icra olunub.