
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1128 yoluxma faktı qeydə alınıb, 2590 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 478 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 min 643 nəfər müalicə olunaraq sağalıb, 6 min 415 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 657 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 505, bu günə qədər isə ümumilikdə 4 milyon 802 min 229 test icra olunub.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









