
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 518 yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 510, bu günə qədər isə ümumilikdə 5 milyon 683 min 256 test icra olunub.