Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.
Bundan başqa Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşlıqlı Əlaqə” (Enterkonneksiyon) layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi imzalanıb.
Sənədləri “Azərenerji” ASC-nin prezidenti Vüqar Şahmuradov və TEİAŞ-ın baş direktoru Orhan Kaldırım imzalayıb.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və A-Z Czech Engineering MMC-in Baş icraçı directoru Milan Pavliçek tərəfindən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və A-Z Czech Engineering MMC arasında Azərbaycan ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, tərəflər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və ACWA Power şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.