İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb. Nazir üçtərəfli və regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Ceyhun Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.
Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.
Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı, Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev və digər dövlət rəsmiləri iştirak ediblər.