
Artıq altıncı gündür ki, bütün Türkiyə çoxsaylı yanğın ocaqları ilə mübarizə aparır. Hazırda Anadolu bölgəsi tarixinin ən çətin dövrlərindən birini yaşayır. Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Bu qardaşlıq münasibəti iki ölkə və xalq arasında yeni sədaqət səhifəsi açıb. Azərbaycan yanğınsöndürənləri “yaşıl vətən”i “alov” adlı düşməndən böyük şücaətlə xilas edirlər.
AZƏRTAC Türkiyənin Marmaris bölgəsindəki yanğınlara qarşı şücaətlə mübarizə aparan Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığını əks etdirən fotoları təqdim edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris