Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 72 nəfər isə müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 395 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 564 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1930, bu günə qədər isə ümumilikdə 7 milyon 420 min 424 test icra olunub.