Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 996 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 346 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 min 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib. Aktiv xəstə sayı 8145 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 465, bu günə qədər isə ümumilikdə 4 milyon 70 min 700 test icra olunub.