
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 478 nəfər müalicə olunaraq sağalıb, 1185yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 249 min 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 233 min 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 254 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 799 min 101 test aparılıb. Bugünkü testlərin sayı isə 8121-dir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









