
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş vermiş terror aktı ilə əlaqədar Azərbaycanın Avstriyadakı səfirliyi soydaşlarımıza müraciət edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin “Twitter“ mikrobloqunda yerləşdirilən məlumatda Vyanada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizliyin təminatı üçün evdə qalmaq və olduqları yeri tərk etməmək mütləq şəkildə tövsiyə olunub.
Qeyd edilib ki, Avstriya polisi tərəfindən verilən məlumatların izlənməsi və müvafiq təlimatlara riayət edilməsi vacibdir. Köməyə ehtiyacı olan şəxslərin səfirliyin müvafiq telefon nömrələrinə zəng etmələri tövsiyə olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









