Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar diplomatik nümayəndəliyimiz tərəfindən ABŞ-ın müvafiq qurumları dərhal məlumatlandırılıb, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də XİN-ə çağırılıb, hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib.
Həmçinin Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.