Noyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə gedərək noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus “Mi-24” hərbi helikopterinin vurulması nəticəsində yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı veriblər.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.