Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İctimai fənlər kаfеdrаsının professoru Məhərrəm Zülfüqarlının Azərbaycan regionlarında olan yəhudi tarixi abidələrinə həsr etdiyi elmi məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan “Voprosı İstorii” jurnalında nəşr olunub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ingilis dilində dərc olunmuş məqalədə Quba şəhərinin Qırmızı qəsəbəsində, Oğuzda, Şamaxıda, İsmayıllının Mücü və Mücü-Həftəran kəndlərində kompakt halda yaşamış və yaşamaqda davam edən yəhudi xalqının tarixi abidələri haqqında geniş məlumat verilib.
Qeyd edək ki, Məhərrəm Zülfüqarlının Bakıdakı yəhudi abidələrinə aid digər məqaləsi Ukraynanın reytinqli jurnalında nəşr üçün qəbul olunub.