Azərbaycanın Britaniyadakı konsulu Londonda ilin konsulu seçilib.
AZƏRTAC xəbər verir ki, Tural İsmayılov “Embassy Magazine” tərəfindən keçirilən mükafatlandırma mərasimində Asiya üzrə ilin konsulu seçilib.
Azərbaycan səfirliyinin əməkdaşı Böyük Britaniyadakı çoxsayılı Azərbaycan və Britaniya vətəndaşlarına keyfiyyətli konsulluq xidməti göstərdiyinə görə bu mükafata layiq görülüb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London