Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, “Azərişıq” ASC-də elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib.
Q.Həmidov qeyd edib ki, qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Bu o deməkdir ki, apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunmaqdadır.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









