2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Mühüm ictimai-siyasi hadisə olan forum həmvətənlərimiz, bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultayı açaraq proqram nitqi ilə çıxış edib. Prezident qurultayı əlamətdar hadisə kimi qiymətləndirərək xüsusi vurğulayıb ki, o, dünya azərbaycanlılarının birləşməsində, onların beynəlxalq geosiyasətin inkişafı istiqamətində fəallaşmasında mühüm rol oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.