1991-ci ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmri ilə Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi muzeyi yaradılmışdır.
Hazırlıq mərhələsində muzeyin 550-dək eksponat fondu formalaşdırılmış, ştat cədvəli təsdiq edilmişdir. İlkin olaraq muzey üçün dövrünün böyük ziyalısı, əslən şuşalı Firudin bəy Köçərlinin evi ayrılmış, lakin sonralar muzey Kurort Sanatoriya Birliyinə daxil edilmiş binaların birində müvəqqəti fəaliyyət göstərmişdir.
Bir tərəfdən siyasi vəziyyət, digər tərəfdən erməni işğalı muzeyin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdir.Dövlət Qarabag Tarixi muzeyinin ilk direktoru Emin Ağayev olub.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərini işğal edilməsi nəticəsində muzeyin altı yüzə yaxın eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır.
Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə ermənı maddi-mədəniyyət nümunələrı kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş eldirirlər.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru