
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan “Qurama” sənətinin yenidən bərpa olunmasına start verilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutur. Bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da, sonralar gözəl bir bədii sənətkarlıq növünə çevrilib. Konkret üslubu olmayan bu sənət növündə ustadan sadəcə bədii zövq və uyğun rənglərdən kompozisiya qurmaq istedadı tələb olunur.
Layihənin həyata keçirilməsində məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi və dünyada tanıdılmasıdır. Layihə çərçivəsində qurama tikmə sənətini interaktiv turlara daxil etməklə “Qala” qoruğunda yerli və xarici turistlərin marağına səbəb olacaq ustad dərslər də təşkil olunacaq.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











