
Qazaxıstan ilə Azərbaycan arasında baytarlıq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi çərçivəsində Qazaxıstandan Azərbaycana balıq və balıq məhsullarının, həmçinin bal və digər arıçılıq məhsullarının ixracı üçün baytarlıq şəhadətnamələrinin blanklarının uyğunlaşdırılması və paraflanması haqqında razılıq əldə olunub.
AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb.
Bu addım heyvan mənşəli məhsulların baytarlıq-sanitariya təhlükəsizliyinin təmin edilməsi üzrə birgə işin nəticəsi olub, habelə dövlətlər arasında yüksək etimad və qarşılıqlı fəaliyyətdən xəbər verir.
Baytarlıq sertifikatlarının formalarının uyğunlaşdırılması Qazaxıstan istehsalçıları üçün yeni imkanlar açır, onlara Azərbaycanın perspektivli bazarına daxil olmağa, ixrac coğrafiyasını genişləndirməyə və istehsal etdikləri məhsulların beynəlxalq baytarlıq tələblərinə uyğunluğunu təsdiq etməyə şərait yaradır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









