
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, “Atesh Hub”un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).
Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.
Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










