Azərbaycan prezidenti İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmana əsasən Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi əsasında Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında Dənizkənarı Bulvar İdarəsi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında Tərcümə Mərkəzi publik hüquqi şəxslər yaradılıb.
Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.