“Bu işğalın heç bir əsası yoxdur, nə tarixi, nə hüquqi, nə də siyasi”
“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına əsas əngəldir. Bu işğalın heç bir əsası yoxdur, nə tarixi, nə hüquqi, nə də siyası”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərində çıxarılmasına dair 4 qətnamə qəbul edib. Bundan 20 il keçməsinə baxmayaraq, bu qətnamələr kağız üzərində qalıb. Beləliklə, beynəlxalq hüquq və öz torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın hüquqları pozulub”, deyə Azərbaycan prezidenti bildirib.
Prezident İlham Əliyev həmçinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb.