
Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya tədarük edilən Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” İES-lərə yönləndiriləcək.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs qubernatoru Əbdürrəhman əl-Amanın qatıldığı mərasimdə elektrik stansiyasına qaz təchizatı klapanları açılıb.
Q.Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini “Suriyanın sabitliyinə mühüm töhfə” adlandırıb.
Xatırladaq ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükü avqustun 2-dən başlayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









