Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
Dövlət orqanlarından: | ||
Quliyev Cəmaləddin Həsən oğlu | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
Həsənov Rasim Aydın oğlu | – | Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri |
Hümbətov İntiqam Rəsul oğlu | – | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri |
Kütləvi informasiya vasitələrindən: | ||
Həsənov Həsən Zal oğlu | – | “Xalq qəzeti”nin baş redaktoru |
Hüseynov İlqar Məmməd oğlu | – | “Trend” İnformasiya Agentliyinin baş direktoru |
Quliyev Bəhruz Vaqif oğlu | – | “Səs” qəzetinin baş redaktoru |
Jurnalist təşkilatlarından: | ||
Əskərov Ramiz Baxşəli oğlu | – | Azərbaycan Jurnalistlər Birliyinin baş katibi |
Mirzəyev Ayaz Nizami oğlu | – | “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri |
Rüstəmov Əvəz Cahangir oğlu | – | “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri. |
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2017-ci il.