Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.