Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək.
APA-nın xəbərinə görə, bu barədə RİA “Novosti”-yə Rusiya xarici siyasət idarəsindəki mənbə məlumat verib.
Mənbə hazırda görüşün təşkili üzərində iş aparıldığını bildirib.
APA-nın əldə etdiyi məlumata görə isə görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcəklər.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTXarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçriləcəyi gözlənilir.
http://www.apa.az/dagliq_qarabag/hemsedrler-azerbaycan-ve-ermenistan-xarici-isler-nazirlerinin-gorusunde-istirak-edecek-8064.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









