Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.
APA-nın məlumatına görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martın 15-də bakıda keçirilməsi nəzərdə tutulsa da, Ankarada törədilmiş terror aktına görə Ərdoğanın səfəri təxirə salınıb. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev iclasın Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib.