Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında aparılıb.
APA-nın şirkətin saytına istinadən verdiyi məlumata görə, sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%-dir. 19,1 %-i isə suala cavab vermək istəməyib.
Respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib
“Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir” sualına respondentlərin 54,1%-i “Yaxşılaşır”, 28,2%-i “Dəyişmir”, 9,3%-i “Pisləşir” cavabını verib. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkib.
“Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən siz nə qədər razısınız” sualına respondentlərin cavabları belə olub:
– Milli təhlükəsizliyin təmin olunması – 71,4% “Çox razıyam”, 10,8% – “Razı deyiləm”, 17,8% – “Bilmirəm”
– Cinayətkarlıqla mübarizə – 68,4% – “Çox razıyam”, 16,9% – “Razı deyiləm”, 14,7% – “Bilmirəm”
– İnsan haqlarının vəziyyəti – 69,8% – “Çox razıyam”, 12,5% – “Razı deyiləm”, 17,7% – “Bilmirəm”
– Təhsilin səviyyəsi – 48,8% – “Çox razıyam”, 41,3% – “Razı deyiləm”, 9,9% – “Bilmirəm”
– Korrupsiya ilə mübarizə – 71,2% “Çox razıyam”, 18,1% – “Razı deyiləm”, 10,7% – “Bilmirəm”
– İş əldə etmək imkanları – 51.8% “Çox razıyam”, 11,8% – “Razı deyiləm”, 18,2% – “Bilmirəm”
Rəyi soruşulanların 41,2 faizi 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərin çox maraqlı olduğunu bildirib
“Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız” sualına respondentlərin 50,8%-i “Çox razıyam”, 21,9 %-i “Qismən razıyam”, 14,7 %-i – “Razı deyiləm”, 12,6 %-i isə “Bilmirəm” cavablarını verib.
“Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i – “Qismən qane edir”, 5 %-i – “Qismən qane etmir”, 2,9 %-i – “qətiyyən qane etmir” cavablarını qeyd edib. 1,5 % respondent “bilmirəm” cavabı verib.
Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır” sualına bu cavabları veriblər:
– Dağlıq Qarabağ – 66,5 %,
– İqtisadi – 30,8 %,
– Təhsil – 23,3 %,
– Ətraf mühit – 11,7 %,
– İnsan haqları – 9,0 %,
– Vergilərin çoxluğu – 8,5 %,
– Milli təhlükəsizlik – 1,7 %,
– Bilmirəm – 6,3 %
1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası “Sizin üçün nə dərəcədə maraqlıdır” sualına respondentlərin cavabları belə olub:
– Çox maraqlıdır – 41,2 %,
– Qismən maraqlıdır – 35,3 %,
– Demək olar ki, maraqsızdır – 9,6 %,
– Heç maraqlı deyil – 11,5 %,
– Bilmirəm – 2,4 %
Respondentlərin 71,7 faizi iqtidar və ya iqtidaryönlümü partiyanın namizədini dəstələyir
Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəyini, 12 %-i – ola bilsin ki, iştirak edəcəyini, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəyini, 9 %-i isə qətiyyən iştirak etməyəcəyini bildirib. 8,3 % isə bu barədə hələ qərar vermədiyini deyib.
“Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualına 39,6 % Tam qane edir, 33,8 % – qismən qane edir, 10,8 % – qismən qane etmir, 9,8 %-i – qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarını verib.
“Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz” sualını respondentlər aşağıdakı cavabları veriblər:
– İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini – 71,7 %
– Müxalifət partiyasının namizədini – 6,0%
– Bitərəf namizədi – 16,4%
– Bilmirəm – 5,9%
Respondentlərin 71 %-i “Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini, 22,3 %-i – başqa bir deputatın seçilməsini istəyir. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkib.
“Sizin əsas məlumat mənbəyiniz hansılardır” sualına respondentlər aşağıdakı cavabları veriblər:
– İqtidaryönlü qəzetlər – 31,1 %
– Müxalifətyönlü qəzetlər – 11%
– Müstəqil qəzetlər – 28,4%
– Azərbaycan Televiziyası (AzTV) – 41,0%
– İctimai kanal – 38,3%
– Özəl televiziya kanalları – 67,9%
– Dövlət radio dalğaları – 17,4%
– Özəl radiolar – 9,5%
– İnternet – 35,8%
– Müxtəlif insanlar – 24,4%.