
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin ruhuna dualar oxunub, məzarı önünə güllər düzülüb.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, məzarları önünə gül dəstələri düzüblər.
QMİ sədri jurnalistlərə bildirib ki, xalqımız bu günlərdə iki əlamətdar tarixi qeyd edir. Belə ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. Eyni zamanda, dünən – noyabrın 8-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşa şəhərini erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun arzusunu reallığa çevirdi.
Dini konfessiyaların rəhbərləri də Azərbaycan xalqını Şuşa şəhərinin işğaldan azad edilməsi və Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









