
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev və tələbələri fakültənin şəhid məzunu Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndində məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin müəllimləri Fikrət Zeynallı barədə xatirələrini bölüşüblər. Kənd bələdiyyə nümayəndələri və orta məktəbin müəllimləri Fikrət Zeynallının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Fakültənin əməkdaşları Aşağı Öysüzlü kəndində yaradılmış Fikrət bulağına da baş çəkiblər.
Qeyd edilib ki, Fikrət Zeynallı 1995-ci il fevralın 23-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










