Bu gün işğaldan azad olunmuş ərazilər minalardan təmizlənir. Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə 292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi sessiyada çıxışı zamanı deyib.