Bakıda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan Respublikası xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.
Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.