
Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində keçirilən Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.
Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.
Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.
Xatırladaq ki, Türk Dünyası I Meteorologiya Forumu 2021-ci il fevralın 19-da Türkiyənin Ankara şəhərində keçirilmişdi.