Xocalı qətliamının 23-cü ilində də Ermənistan BMT qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Xocalı qətliamına və bu işğala kölgə salmaq üçün Ermənistan və erməni lobbisi məqsədli şəkildə 1915-ci il hadisələrini gündəmdə saxlamağa çalışır.
23 fevral 2015-ci ildə Berlin Türk Evindəki tədbirdə qeyd olunan məsələlər müzakirə olunacaq.
Tədbirdə aşağıdakı şəxslər iştirak edəcəklər:
Samirə Patzer-Ismayılova- Almaniyadakı azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri
Pərviz Şahbazov- Azərbaycanın Almaniyadakı səfiri
H. Avni. Karslıoğlu- Türkiyənin Almaniyadakı səfiri
Dr. Qənirə Paşayeva- Azərbaycan Millət Məclisinin deputatı
Dr. Mehmet Perinçek- İstanbul Universitetinin müəllimi
Səriyyə Cəfərova- yazıçı, jurnalist
Prof.Dr. Hakkı Keskin- Almaniyadakı Türk Azərbaycan birliyinin başqanı