Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tviter səhifəsində məlumat yayıb. Nümayəndəliyin sosial şəbəkədəki hesabında qeyd olunub ki, Qoşulmama Hərəkatının sədri Azərbaycan COVID-19 ilə mübarizəyə rəhbərlik etməkdə davam edir.