Birləşmiş Millətlər Təşkilatının nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Füzuli-Ağdam marşrutu üzrə hərəkət edəcək qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcəklər.
Füzuli şəhərində qonaqlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihələri, aparılan bərpa-quruculuq və tikinti işləri, Füzuli şəhərinin inkişaf planı, eyni zamanda, bu şəhərdə işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılacaqlar.