
Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Fergus Ould sentyabrın 1-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə diplomat şəxsi tviter hesabında yazıb.
“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, – deyə səfir paylaşımında bildirib.