
Cari 2025-ci ilin yanvar-sentyabr aylarında bp şirkəti 170 milyon dollar dəyərində 6 min 250 idxal əməliyyatı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən 2024-cü ildə idxal-ixrac əməliyyatının həcmi 130 milyon dollar olub.
“Bu artım onu göstərir ki, illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr meydana çıxır və həyata keçirilir, idxal-ixrac əməliyyatları daha aktiv formada reallaşır və heç bir şəkildə azalmır. Azərbaycanda iqtisadi aktivlik gələcək illərdə daha da artacaq”, – deyə B.Aslanbəyli əlavə edib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









