Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən 28 May-Respublika Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Braziliya Milli Konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-in nümayəndələri və iş adamları iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Elxan Poluxov çıxışında ölkəmiz haqqında və 28 May-Respublika Günü barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycanın bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz bu çətinliklərin öhdəsindən gəlib. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti, uğurla həyata keçirilən transregional enerji, nəqliyyat, infrastruktur layihələri nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışan diplomat ölkəmizin ədalətli və prinsipial mövqeyini diqqətə çatdırıb.
Səfir, həmçinin Azərbaycan-Braziliya əlaqələrinin inkişaf dinamikasından da ətraflı bəhs edib.
Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajado ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və ticarət əlaqələrinin bunun bariz nümunəsi olduğunu bildirib.
Sonra ziyafət verilib.
Tədbir çərçivəsində Azərbaycan haqqında fotosərgi də təşkil edilib. Mərasim yerli KİV-lər tərəfindən işıqlandırılıb.
http://az.trend.az/azerbaijan/politics/2759280.html


















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









