Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, bu gün Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iməcilik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, təmizlik və abadlıq işləri həyata keçirilib.
Bu gün paytaxtın küçə və prospektləri, park və bağları təmiz və baxımlı vəziyyətdədir. Bu hal sakinlərimiz və paytaxtın qonaqları tərəfindən xüsusi olaraq qeyd edilir. Bu gün keçirilən iməcilik Bakımızın daha da abadlaşmasına və gözəlləşməsinə töhfə olub.