Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi fevralın ilk 10 günündə 45 min 901 ev üçün püşkatma keçirəcək. Mart ayının ortalarına qədər fəlakət bölgəsində 75 min 364 evin püşkatması 2 ay ərzində tamamlanacaq.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu ilin sonuna qədər Türkiyənin zəlzələ bölgəsində 200 min ev təhvil veriləcək.