HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda keçirilən “ƏİK Məlumat Bazası” kursu başa çatıb

NATO-nun ölkəmizdə təşkil olunan “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.


AZƏRTAC xəbər verir ki, Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir.

x

XİN: Ermənistanın rəhbərliyi danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməlidir

x

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı 2022-ci il 28 sentyabr tarixli əsassız bəyanatını şərh edib.

AZƏRTAC XİN-in Mətbuat xidməti idarəsinə istinadla şərhi təqdim edir: “Ermənistanın baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında hər cür şərait yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.