HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

15 yanvar – Beynəlxalq Vikipediya Günüdür

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 22 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

Laçın-Xankəndi yolu: Ekoaksiya 35 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 35 gündür davam edir. Onlar bir an olsun belə öz postlarını tərk etmir, növbəli şəkildə Azərbaycan bayrağını hər iki istiqamətə dalğalandırırlar.

Ekoaksiya iştirakçıları gecə saatlarında da fəallıqlarını nümayiş etdirirlər

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da eyni əhvali-ruhiyyədə davam edir. Onlar bir an olsun belə öz postlarını tərk etmir, növbəli şəkildə Azərbaycan bayrağını hər iki istiqamətə dalğalandırırlar.

Laçın yolundakı aksiyanın sədası dünyaya yayılır: Xarici jurnalistlər hadisə yerinə gəldilər

Yanvarın 13-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.

AZƏRTAC xəbər verir ki, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Macarıstan və Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, etirazların gedişi barədə məlumatlandırılıblar.