HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanın Ermənistandakı mədəni-irs nümunələri: Aşağı Talin qalası


Aşağı Talin qalası Qərbi Azərbaycanın Araqatsion bölgəsində Daştadem kəndinin (Aşağı Talin) cənub tərəfində yerləşir. Memarlıq baxımından Qala onu əhatə edən bürclərlə möhkəmləndirilmiş mühafizə divarından, yaşayış evlərindən, inzibati binalardan, məscid və digər qurğulardan, gizli yeraltı keçiddən, su anbarlarından və digər tikililərdən ibarət olub.

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar Assambleyanın sədrinə məktub ünvanlayıb

Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul olunmuş qətnamə ilə əlaqədar AŞPA sədri Teodoros Rousopoulosa məktub ünvanlayıb.