“Təmiz ölkəm” layihəsi çərçivəsində plastik tullantıların toplanma məntəqələrinin sayı artırılır

İstifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və ətraf mühitə təsirini azaltmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Coca-Cola şirkəti və “ASAN Könüllüləri” ilə birgə keçirdiyi “Təmiz ölkəm” layihəsi çərçivəsində 8 ay ərzində ümumilikdə 17 min 480 kiloqram plastik toplanaraq təkrar emal müəssisələrinə göndərilib.