HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

XİN: Fransa XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir

Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarının təhrif olunması ilə bağlı şərhində bildirilib.

Ombudsman: Ədalət Məhkəməsinin qərarı Ermənistanın iddialarını bir daha təkzib etdi

“İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilmiş müvəqqəti tədbirlər barədə qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarına münasibətində yer alıb.