HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu gün 17 minə yaxın abituriyent qəbul imtahanı verir


İyunun 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunan imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub

İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

İyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir.