HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidentinin mətbuat konfransı: Böyük dövlət xadiminə xas peşəkar xüsusiyyətlər, əsaslandırılmış, məntiqli, səlis cavablar

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan 30-dan çox xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı 4 saatdan çox davam etdi. Bu müddət ərzində dövlətimizin başçısına 50-yə yaxın sual ünvanlandı. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi.