HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Sumqayıtda keçirilən veloyürüşdə 70 iştirakçı mübarizə aparıb

İyulun 10-da “İdman hamı üçün” layihəsi çərçivəsində Sumqayıtda veloyürüş keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin və “Sumqayıt Velosiped İdman Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Sabaha olan hava şəraiti açıqlanıb

İyulun 11-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Xocavənd rayonu ərazisində yeni hərbi hospitalın açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə bayram sovqatları çatdırılıb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətiə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.

AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.