HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Paytaxtdakı küçələr növbəti dəfə dezinfeksiya olunub

Başa vurduğumuz 2020-ci il koronavirus (COVID-19) pandemiyasının qısa müddətdə çox geniş yayılaraq bütün ölkələrdə ciddi fəsadlar törətməsi ilə, iqtisadiyyat və digər sahələrdə böhranlarla yadda qalıb. Artıq dünyada bu virusa yoluxanların sayı 84 milyon, ölənlərin sayı isə 1,8 milyon nəfəri ötüb. Bütün dünya dövlətləri bu bəla ilə ciddi mübarizə aparır.

ANAMA mütəxəssisləri 2020-ci ildə 2055 operativ və təxirəsalınmaz əməliyyat həyata keçirib

Yola saldığımız 2020-ci il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 m² (762 ha) ərazi yoxlanılmış, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.